REALla AXCPnin trol davası FOTO


Siyasət 23 Yan 2018 10:59:00 344 0

REALla AXCPnin trol davası  FOTO

Cəbhəçilər İlqar Məmmədovu İsmayıllı hadisələrində, ""realçlar" isə cəbhəçiləri Şəhidlər Xiyabanında şou göstərməkdə ittiham edirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müxalifət adına iddia edən, özlərini demokratik qüvvələr adlandıran AXCP və REAL sosial şəbəkələrdə sözün əsl mənasında qırğına çıxıb. Onsuz da bu iki qüvvə arasında əvvəldən "soyuq müharibə" yaşanırdı. Son günlər isə "Facebook"dakı "Secki.az" səhifəsində keçirilən sorğu isə bu "müharibəni" daha da alovlandırdı. Belə ki, vaxtilə blogger Mehman Hüseynovun yaratdığı, hazırda onun qardaşı - Azərbaycandan qaçaraq İsveçrəyə sığınan Emin Hüseynov tərəfindən idarə olunan bu səhifədə virtual sorğu keçirilib. Həmin sorğuda AXCP sədri Əli Kərimlinin və REAL-ın həbsdə olan lideri İlqar Məmmədovun şəkilləri paylaşılaraq, sosial şəbəkə istifadəçilərinə müraciət edilib ki, "Sabah Azərbaycanda Prezident seçkisi keçirilərsə, hazırkı iqtidara alternativ ola biləcək namizəddən prezident kürsüsündə hansını daha çox görmək istəyərdiniz?".