Əməkdar artist oğlundan danışdı: "Həyata baxışımız tamam fərqlidir" FOTO


Kriminal 22 Yan 2018 21:36:00 346 2

Əməkdar artist oğlundan danışdı: "Həyata baxışımız tamam fərqlidir"  FOTO

Əməkdar artist Almaz Orucova oğlundan danışıb. Son.az-a açıqlama verən müğənni oğlunun kaprizli olduğunu bildirib.

"Oğlumun çox kaprizli xasiyyəti var. Mən çox istəyərdim ki, onu efirə çıxarım, amma o istəmir. Çox istedadlıdır, gözəl "slux"u var. Amma başqa istiqamətdə təhsil alır. Oğlum Azər Azərbaycan Dillər Universitetində italyan dilini öyrənir. Bəzən evdə oxuyanda fikirləşirəm ki, indi mənimlə zümzümə edər, amma oxumur. Onun həyata baxışı tamamilə fərqlidir. Bilmirəm bütün uşaqlar belədir, yoxsa təkcə oğlum? Əslində buna sevinməliyik", - deyə müğənni bildirib.


Xəbərə aid fotolar