Xalq artisti: "Təhminəni oynasam, gərək Zaur axtarışına çıxım" FOTO


Kriminal 22 Yan 2018 21:03:00 309 0

Xalq artisti: "Təhminəni oynasam, gərək Zaur axtarışına çıxım"  FOTO

Xalq artisti Amaliya Pənahova illər öncə teatrda oynadığı "Təhminə və Zaur" tamaşasından danışıb. Son.az-a açıqlama verən məşhur aktrisa yaşı ilə bağlı zarafatyana etiraf da edib.

"İllər öncə teatrda Təhminəni oynadım. O gün teatrda böyük anşlaq və rezonans olmuşdu. Çox heyf ki, o vaxtı bu tamaşanı lentə aldırmadım. Mənə sosial şəbəkələrdə də yazırlar, xahiş edirlər ki, Təhminəni yenidən oynayım. Təhminəni oynasam, gərək Zaur axtarışına çıxım (gülür). Vaxtilə Fuad Poladov, Fizuli Hüseynov mənimlə bu tamaşada tərəf müqabili idilər. Amma mənim də, onların da bu rolu oynamaq üçün artıq yaşımız keçib. Amma bilmək olmaz, bəlkə də oynayaram", - deyə aktrisa bildirib.


Xəbərə aid fotolar