Ermənistan ordusunun əsgəri: “Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm”


Siyasət 22 Yan 2018 13:51:08 222 0

Ermənistan ordusunun əsgəri: “Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm”

O, Qarabağdakı işğalçı ordunun hərbi birliyinin binasının pəncərəsindən özünü atıb

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgəri Ernest Ovanisyanın yaralanmasının təfərrüatı məlum olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Yerevandakı “Murastan” hərbi hospitalına yerləşdirilib.

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Qarabağdakı işğalçı ordunun hərbi birliyinin binasının pəncərəsindən özünü ataraq xidmət etmək istəmədiyini bildirib: “Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm”.

Məlumata görə, E.Ovanisyan yanvarın 12-də Dağlıq Qarabağa işğalçı ordunun tərkibində xidmət etməyə çağrılıb. O, Qarabağa gətirildiyi ilk gündən xidmət etmək istəmədiyini bildirirmiş.

Hadisəni Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan da təsdiqləyib. 

Qeyd edək ki, yanvarın 20-də Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgəri Ernest Ovanisyanın müəmmalı şəkildə yaralanması barədə məlumat yayılmışdı.