AzərbaycanRusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb


Siyasət 20 Yan 2018 11:28:00 268 0

AzərbaycanRusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov növbəti görüşün fevralın 20-dən sonra keçiriləcəyini bildirib.

Nazir müavini qeyd edib ki, əvvəlcə komissiya sədrləri və ekspertlər səviyyəsində geniş müzakirələr aparılacaq: "Görüş Bakıda olacaq, sonra isə Rusiya ilə sərhəd zonasında sərhəd nişanlarının qoyulması mərasimi keçiriləcək".

Gürcüstanla sərhədlərin delimitasiyasına gəlincə, X.Xələfov bununla bağlı görüşün tarixin hələ məlum olmadığını deyib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində