Rusiyada azərbaycanlıların iştirakı ilə atışma olub, ölən və yaralananlar var


Kriminal 19 Yan 2018 07:58:00 217 0

Rusiyada azərbaycanlıların iştirakı ilə atışma olub, ölən və yaralananlar var

Rusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb. Son.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, münaqişə şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.  

Məlumata görə, öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin - çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.  

Qafqazlı olduğu bildirilən silahlı şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıblar. "İnfiniti" və "Lada Priora" markalı avtomobillərin axtarışı və saxlanılması istiqamətində əməliyyat aparılır.