Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı


Kriminal 18 Yan 2018 10:36:00 207 0

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 17-də sutka ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 19-unun üstü "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.