Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapıldı FOTO


Kriminal 17 Yan 2018 12:51:00 385 0

Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapıldı  FOTO

Bakıda qəbiristanlıqda gizlədilən silah aşkarlanıb.

Son.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

PX Baş idarəsi və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsulla ə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə "TT" markalı tapança aşkar edilərək götürülüb.


Xəbərə aid fotolar