Taksi sürücüsü olan qohumunun əllərini kəsərək qətlə yetirən şəxsin məhkəməsi başladı


Kriminal 17 Yan 2018 12:43:00 279 0

Taksi sürücüsü olan qohumunun əllərini kəsərək qətlə yetirən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Prosesin baxış iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, L. Alıyev münaqişə zəminində Elçin Tapdıqov adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.