Könül Xasıyeva: "Fizioterapiya qəbul edirəm" FOTO


Kriminal 15 Yan 2018 19:57:00 270 0

Könül Xasıyeva: "Fizioterapiya qəbul edirəm"  FOTO

Xalq artisti Könül Xasıyevanın ağrılarının yenidən baş qaldırması haqqında sizə xəbər vermişdik. Muğam ustadı yenidən müalicə başlayıb. O Son.az-a səhhəti haqqında danışıb.

"Şükür Allaha, indi bir az yaxşıyam. Bu gün evdəyəm, müalicə götürürəm. Xəstəxanada fizioterapiya qəbul edirəm. Bəzən dəhşətli ağrılarım olur. Cəmi iki gün xəstəxanaya getmişəm, yenə də gedəcəyəm. Oğlum Kazımın səhhətinə başım qarışıb. İnşallah ki, o da yaxşı olar. Allah bütün balaları qorusun", - deyə xalq artisti bildirib.


Xəbərə aid fotolar