Lavrov: "Rusiya Qarabağ münaqişəsinin tərəflərini ümumi məxrəcə gətirməyə çalışır"


Siyasət 15 Yan 2018 12:27:20 273 0

Lavrov: "Rusiya Qarabağ münaqişəsinin tərəflərini ümumi məxrəcə gətirməyə çalışır"

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə nizamlama üçün şərait yaradılması məqsədi ilə hər şeyi edir"

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına şərait yaradılması məqsədi ilə hər şeyi edir".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya münaqişə tərəfləri arasında danışıqlar prosesində tərəfləri ortaq məxrəcə gətirməyə çalışır.