Dünya çempionunun qətlində təqsirli bilinən azərbaycanlı məhkəmə qarşısında


Kriminal 15 Yan 2018 09:29:50 271 0

Dünya çempionunun qətlində təqsirli bilinən azərbaycanlı məhkəmə qarşısında

Rusiyanın Xabarovsk vilayət məhkəməsində  pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.   

Son.az APA-ya istinadən xəbər verir ki, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.

Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.  

Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.