Bakıda gənc sevgililər kirayə qaldıqları evdən oğurluq ediblər


Kriminal 14 Yan 2018 21:45:00 293 0

Bakıda gənc sevgililər kirayə qaldıqları evdən oğurluq ediblər

Bakı sakini evində baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

Son.az lent.az-a istinadən bildirir ki, 1946-cı ildə anadan olmuş Şərifov Möhübbət Nemət oğlu əriz ilə müraciət edərək bildirib ki, Naximov küçəsi döngə 2, ev 38 ünvanında kirayə verdiyi mənzildən kirayənişinlər oğurluq edib. Belə ki, orada kirayədə yaşayan gənc sevgililər: 1994-cü il təvəllüdlü Tural Həsənovla 1997-ci ildə anadan olmuş Əfsanə Kərimova evdən 2 ədəd perforator, 1 ədəd laqunda, pensiya kartı, ev sahibinə və həyat yoldaşına məxsus geyim əşyalarını götürərək qaçıblar.