Filarmoniyada “Kamera Musiqisi Axşamı” adlı möhtəşəm konsert proqramı təqdim olundu FOTO
Kriminal 29 Dek 2025 18:19:00 63 0
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Kamera Musiqisi Axşamı" adlı möhtəşəm konsert proqramı təqdim olundu. Yüksək bədii səviyyəsi və seçilmiş repertuarı ilə seçilən bu musiqi gecəsi dinləyicilərin yaddaşında dərin iz buraxdı. Konsertin birinci hissəsində mahir pianoçu Murad Adıgözəlzadə Azərbaycan Dövlət Simli Kvarteti ilə birgə Robert Schumann'ın Piano kvintetini (Es-dur, op. 44) ifa etdi. Kvartetin üzvləri - Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel) - piano ilə mükəmməl ansambl vəhdəti yaradaraq əsərin romantik lirikasını, dramatik gərginliyini və emosional dərinliyini incəliklə dinləyicilərə təqdim etdilər. İfa o qədər bütöv və ahəngdar səslənirdi ki, sanki bütün musiqi materialı tək bir ifaçının nəfəsi ilə canlanırdı. Axşamın ikinci hissəsində isə Azərbaycanın görkəmli pianoçusu Fərhad Bədəlbəyli Simli Kvartetlə birgə Johannes Brahms'ın Piano kvintetini (f-moll, op. 34) səsləndirdi. Dərin fəlsəfi məzmunu və mürəkkəb dramaturgiyası ilə seçilən bu monumental əsərin yüksək peşəkarlıqla təqdimatı dinləyicilərə zəngin estetik zövq yaşatdı. İfaçıların virtuozluğu və musiqi mətninə emosional, həssas münasibəti konsertin kulminasiya nöqtəsinə çevrildi. "Kamera Musiqisi Axşamı" konserti bir daha sübut etdi ki, Azərbaycan musiqi mühiti yüksək səviyyəli ansambl ifaları və musiqi tarixinin dəyərli nümunələrinin peşəkar təqdimatı ilə zəngindir. Gecə uzun sürən alqışlar və dinləyicilərin böyük rəğbəti ilə yadda qaldı.
Bu xəbəri də oxu: “Kiçik Dəniz küçəsi 3” konserti keçirilib FOTO
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.A
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Rəqqasə Röya Əliyeva həmkarı Fatimə Fətəliyeva ilə yaşanan qalmaqala
Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda
Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Dibrova yaşayı�
Sosial şəbəkələrdə Xırdalan şəhərinin böyük hissəsində evlərin ti
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Rəssamlıq Akademiyasın
Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b
Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxlayıb.
Rusiya Prezidenti Vladimir Putin aprelin 19-nun keçmiş SSRİ xalqlarına qarş
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli naz
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş məras
Gündəlik vərdişlərin bəziləri faydalı görünsə də, sağlamlığa z
