Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib FOTO


Kriminal 29 Dek 2025 17:37:00 56 0

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib  FOTO

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Son.az AZƏRTAC xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan "Naxış və siluet" adlı fərdi sərgisi ilə tanış olub. Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin "Faiq Əhməd: 2011-2024-cü illər" adlı retrospektiv sərgisinə baxıb. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.

O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.

Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.

Rusiya bu ərazini nəzarətə götürdü like
  • 29 Dek 17:23  
Digərləri Rusiya bu ərazini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Dibrova yaşayı�

arrow Ətraflı
Xırdalanda acınacaqlı vəziyyət  like
  • 29 Dek 17:16  
Digərləri Xırdalanda acınacaqlı vəziyyət

Sosial şəbəkələrdə Xırdalan şəhərinin böyük hissəsində evlərin ti

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ like
  • 29 Dek 16:56  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b

arrow Ətraflı
Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanıldı like
  • 29 Dek 16:50  
Digərləri Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanıldı

Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxlayıb.

arrow Ətraflı
Zaurun efirdə çətin anları like
  • 29 Dek 16:43  
Şou-biznes Zaurun efirdə çətin anları

Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində g�

arrow Ətraflı
Putin qanun imzaladı like
  • 29 Dek 16:33  
Digərləri Putin qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin aprelin 19-nun keçmiş SSRİ xalqlarına qarş

arrow Ətraflı
Emin Əmrullayev onu özünə müşavir təyin etdi like
  • 29 Dek 16:28  
Digərləri Emin Əmrullayev onu özünə müşavir təyin etdi

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli naz

arrow Ətraflı
Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər like
  • 29 Dek 16:16  
Digərləri Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər

Gündəlik vərdişlərin bəziləri faydalı görünsə də, sağlamlığa z

arrow Ətraflı
Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026cı il büdcəsini təsdiqləyib  FƏRMAN like
  • 29 Dek 16:10  
Siyasət Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026cı il büdcəsini təsdiqləyib FƏRMAN

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiql�

arrow Ətraflı
"Mənə yeməkçay gətirəndə danışmayın, nə qədər tüpürcək hopur, bilirsiniz?" like
  • 29 Dek 16:08  
Şou-biznes "Mənə yeməkçay gətirəndə danışmayın, nə qədər tüpürcək hopur, bilirsiniz?"

"Evimizdə stəkanımdan heç kim çay içə bilməz, Ad günündə tortun üzə

arrow Ətraflı
HUAWEI MatePad Pro 12.2 2025 Vizual İnqilab: PaperMatte və OLEDin Harmoniyası like
  • 29 Dek 16:00  
Digərləri HUAWEI MatePad Pro 12.2 2025 Vizual İnqilab: PaperMatte və OLEDin Harmoniyası

HUAWEI MatePad Pro 12.2 2025 modeli ekran texnologiyasında iki fərqli fəlsəf

arrow Ətraflı
Dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsinə dair qaydalar təsdiqləndi like
  • 29 Dek 15:53  
Siyasət Dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsinə dair qaydalar təsdiqləndi

Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülm

arrow Ətraflı
Media bu saytlara pul ayırdı like
  • 29 Dek 15:40  
Digərləri Media bu saytlara pul ayırdı

Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş

arrow Ətraflı