İdman siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi olaraq qalır – Sevil Mikayılova


Siyasət 29 Dek 2025 16:16:00 76 0

İdman siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi olaraq qalır – Sevil Mikayılova

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin, aparılan ardıcıl dövlət siyasətinin və gələcək strateji hədəflərin aydın ifadəsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu çıxışda idman təkcə yarış və medal anlayışı kimi deyil, həm də ölkənin sosial, iqtisadi, mədəni və mənəvi inkişafının mühüm tərkib hissəsi kimi təqdim olunur. Prezident İlham Əliyev qeyd edib ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenada 2000-dən çox medal, o cümlədən təxminən 600 qızıl medal qazanıb.

"Bu göstəricilər müstəqillik tarixində rekord nəticə olmaqla yanaşı, ölkədə idmanın sistemli şəkildə inkişaf etdiyini sübut edir. Medalların sayının ildən-ilə artması təsadüfi deyil, bu, dövlətin idmana göstərdiyi diqqətin, yaradılan şəraitin və uzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Son illər ərzində idman infrastrukturu faktiki olaraq sıfırdan qurulmuş, bu gün isə beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılıb. Xüsusilə bölgələrdə Olimpiya İdman Komplekslərinin tikilməsi mühüm əhəmiyyət daşıyır. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi ilə bu obyektlərin sayı 46-ya çatıb. Bu isə regionlarda yaşayan gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi baxımından mühüm addımdı", - deyə deputat əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında xüsusi yer verilən məsələlərdən biri sağlam gənc nəslin formalaşdırılmasıdır:

"Ölkənin gələcək inkişafı birbaşa sağlam, fiziki və mənəvi cəhətdən güclü gənclərin yetişdirilməsindən asılıdır. Uşaqlıqdan idmana marağın formalaşdırılması gələcək idman uğurlarının əsasını qoyur. Bu yanaşma idmanı təkcə peşəkar sahə kimi deyil, ümummilli sağlamlıq strategiyasının bir hissəsi kimi təqdim edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. İdman bu baxımdan mühüm rol oynayır, çünki idmançılar beynəlxalq arenada ölkəni təmsil edərək Azərbaycan Bayrağını yüksəldirlər. Xüsusilə son 5 ildə əldə olunan tarixi Qələbə idmançıların məsuliyyətini və qürur hissini daha da artıb".

Deputat qeyd edib ki, 2025-ci ildə ölkəmizdə keçirilmiş MDB ölkələrinin III Oyunları Azərbaycanın böyük idman potensialını nümayiş etdirib:

"Yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi regionların inkişaf səviyyəsini və infrastruktur imkanlarını göstərmişdir. Bundan əlavə, ilk dəfə Bakıda keçirilən UFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanın dünya miqyasında idman mərkəzi kimi mövqeyini gücləndirmişdir. Formula 1 yarışlarının ölkəyə turist axınını əhəmiyyətli dərəcədə artırması idmanın iqtisadi və turizm baxımından da strateji rolunu təsdiqləyir".

S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kubokuna xüsusi diqqət yetirildiyini bildirib.

"Bu, Azərbaycanın qış idman növləri sahəsində də beynəlxalq arenaya çıxmasının göstəricisidir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı minlərlə iş yerinin yaradılmasına, regionun sosial-iqtisadi canlanmasına səbəb olmuşdur. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur gələcəkdə idman yarışlarının keçirilməsi üçün geniş imkanlar açır. Bakı şəhərinin "Dünyanın İdman Paytaxtı" seçilməsi ölkəmizdə idmana verilən beynəlxalq qiymətin bariz nümunəsidir. Bu titul Azərbaycanın son illər ərzində idman sahəsində qazandığı uğurların məntiqi nəticəsidir".

S.Mikayılova qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın idman siyasətinin uğurlu, ardıcıl və çoxşaxəli olduğunu göstərir.

"İdman ölkənin beynəlxalq nüfuzunun artmasına, gənclərin sağlam və vətənpərvər ruhda tərbiyəsinə, regionların inkişafına və milli birliyin möhkəmlənməsinə xidmət edir. Bu çıxış bir daha sübut edir ki, idman Azərbaycanda yalnız yarış meydanı deyil, həm də güclü dövlət quruculuğunun mühüm dayaqlarından biridir", - deyə S.Mikayılova fikrini tamamlayıb.

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026cı il büdcəsini təsdiqləyib  FƏRMAN like
  • 29 Dek 16:10  
Siyasət Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026cı il büdcəsini təsdiqləyib FƏRMAN

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiql�

arrow Ətraflı
"Mənə yeməkçay gətirəndə danışmayın, nə qədər tüpürcək hopur, bilirsiniz?" like
  • 29 Dek 16:08  
Şou-biznes "Mənə yeməkçay gətirəndə danışmayın, nə qədər tüpürcək hopur, bilirsiniz?"

"Evimizdə stəkanımdan heç kim çay içə bilməz, Ad günündə tortun üzə

arrow Ətraflı
HUAWEI MatePad Pro 12.2 2025 Vizual İnqilab: PaperMatte və OLEDin Harmoniyası like
  • 29 Dek 16:00  
Digərləri HUAWEI MatePad Pro 12.2 2025 Vizual İnqilab: PaperMatte və OLEDin Harmoniyası

HUAWEI MatePad Pro 12.2 2025 modeli ekran texnologiyasında iki fərqli fəlsəf

arrow Ətraflı
Dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsinə dair qaydalar təsdiqləndi like
  • 29 Dek 15:53  
Siyasət Dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsinə dair qaydalar təsdiqləndi

Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülm

arrow Ətraflı
Media bu saytlara pul ayırdı like
  • 29 Dek 15:40  
Digərləri Media bu saytlara pul ayırdı

Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş

arrow Ətraflı
Yeni il, yeni yol  Bu bürclərin taleyi dəyişəcək like
  • 29 Dek 15:30  
Digərləri Yeni il, yeni yol Bu bürclərin taleyi dəyişəcək

Yeni ilin yaxınlaşması ilə 2026-cı ilin hansı dəyişiklikləri gətirəc�

arrow Ətraflı
Tacir Şahmalıoğlunun qarlı havada baş tutan toyundan like
  • 29 Dek 15:15  
Şou-biznes Tacir Şahmalıoğlunun qarlı havada baş tutan toyundan

Müğənni Tacir Şahmalıoğlunun illər əvvəl baş tutan toy mərasimindən

arrow Ətraflı
QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir  FƏRMAN like
  • 29 Dek 15:13  
Siyasət QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir FƏRMAN

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti t

arrow Ətraflı
Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırıldı like
  • 29 Dek 15:09  
Siyasət Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırıldı

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artı

arrow Ətraflı
Təranə qətlə yetirilibmiş  13 il sonra üstü açıldı like
  • 29 Dek 15:08  
Digərləri Təranə qətlə yetirilibmiş 13 il sonra üstü açıldı

2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəy

arrow Ətraflı
Direktor şagirdin telefonunu divara mismarladı like
  • 29 Dek 15:06  
Digərləri Direktor şagirdin telefonunu divara mismarladı

Özbəkistanda məktəb direktorunun şagirdə məxsus mobil telefonla bağlı d

arrow Ətraflı
Azərbaycanda 2026cı il üçün ehtiyac meyarını təsdiqlənib like
  • 29 Dek 15:05  
Siyasət Azərbaycanda 2026cı il üçün ehtiyac meyarını təsdiqlənib

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi

arrow Ətraflı
İşsizlikdən sığorta fondunun 2026cı il büdcəsi təsdiqlənib  FƏRMAN like
  • 29 Dek 14:35  
Digərləri İşsizlikdən sığorta fondunun 2026cı il büdcəsi təsdiqlənib FƏRMAN

"İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qa

arrow Ətraflı
Onlara ödənilən 90 manat dayandırılır like
  • 29 Dek 14:31  
Digərləri Onlara ödənilən 90 manat dayandırılır

Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adam

arrow Ətraflı