Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır"


Siyasət 13 Yan 2018 23:56:00 94 0

Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır"

Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

AMEA-nın Tarix İnstitutundan Son.az-a verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov "Azərsun Holdinq" şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr etdiyi diskdəki "Ön söz"də bildirib.

Yaqub Mahmudov vurğulayıb ki, Prezident İlham Əliyev dövlətçilik tariximizin parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə xüsusi Sərəncam imzalayıb. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü.

"Ön söz"də deyilir: "Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda - 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may ölkəmizdə Respublika Günü kimi qeyd olunur".

Yaqub Mahmudov bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın tarixi yenidən yazılır. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib.

Qeyd edək ki, "Azərsun Holdinq" şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqvimlər, bloknot və disk çıxarıb. Təqvimin hər bir ayı Cümhuriyyətin qurulmasında xüsusi xidmətləri olmuş ayrı-ayrı şəxsiyyətlərə həsr edilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Özünənəzarətin like
  • 13 Yan 23:55  
Digərləri Özünənəzarətin

Özünənəzarəti çətinləşdirən amillər nələrdir?

arrow Ətraflı
FHN zabiti quldur dəstəsi qurub evləri oğurlamağa yollandı like
  • 13 Yan 23:52  
Digərləri FHN zabiti quldur dəstəsi qurub evləri oğurlamağa yollandı

Badamdar qəsəbəsindəki mənzillərə qənim kəsilən, silsilə oğurluqlar

arrow Ətraflı
Niyə ailə büdcəsi? like
  • 13 Yan 23:50  
Digərləri Niyə ailə büdcəsi?

Çünki büdcə, intizam və qayda-qanun təmin edir. Büdcə  sağlam bir mali

arrow Ətraflı
Azərbaycanlı oliqarx 1 gündə bir milyard dollar varlandı like
  • 13 Yan 23:49  
Digərləri Azərbaycanlı oliqarx 1 gündə bir milyard dollar varlandı

Rusiyanın "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov bir gü

arrow Ətraflı
“Təhrim” surəsinin fəzilətləri like
  • 13 Yan 23:45  
Digərləri “Təhrim” surəsinin fəzilətləri

Müqəddəs səma kitabı olan Qurani-Kərimin həm dünya və axirət fəzilət

arrow Ətraflı
Amerikadan Türkiyəyə qarşı yeni layihə: like
  • 13 Yan 23:42  
Dünya Amerikadan Türkiyəyə qarşı yeni layihə:

ABŞ İraqın işğalı zamanı qurduğu Şivə Hərəkarına oxşar bir təşki

arrow Ətraflı
Divardakı rəfdən qadın çıxdı like
  • 13 Yan 23:41  
Digərləri Divardakı rəfdən qadın çıxdı

Türkiyənin Adana şəhərində hüquq-mühafizə orqanları insan alveri, quld

arrow Ətraflı
Bitkoin insanlıq tarixinin ən önəmli tapıntısı ola bilərmi? like
  • 13 Yan 23:40  
Digərləri Bitkoin insanlıq tarixinin ən önəmli tapıntısı ola bilərmi?

Bitkoin (bitcoin) nədir? Az sonra anlatacağım məsələ, insanlıq tarixində

arrow Ətraflı
Kiçik qız internet təqiblərindən sonra intihar edib like
  • 13 Yan 23:35  
Digərləri Kiçik qız internet təqiblərindən sonra intihar edib

Avstraliyada iddia edilən kibertəqiblərdən sonra intihar etmiş yeniyetmə A

arrow Ətraflı
Boyu bir metr olan insanların kəndi like
  • 13 Yan 23:35  
Digərləri Boyu bir metr olan insanların kəndi

100 il əvvələ qədər İranın Makhunik kəndində yaşayan insanların boyu,

arrow Ətraflı
Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub like
  • 13 Yan 23:33  
Dünya Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyəti bərpa

arrow Ətraflı
Kanadada 10 minə yaxın insan işıqsız qalıb like
  • 13 Yan 23:32  
Dünya Kanadada 10 minə yaxın insan işıqsız qalıb

Kanadanın Nyu-Braunsuik əyalətində 10 minə yaxın insan elektriksiz qalıb.

arrow Ətraflı
Bu da ərəb reqqisi  VİDEO like
  • 13 Yan 23:30  
Digərləri Bu da ərəb reqqisi VİDEO

Bəhreynin ənənəvi kişi xoru ərəb aləminin ən məşhur kollektivlərind

arrow Ətraflı
“Uşaqlara verilən yuxu dərmanları ziyandı” like
  • 13 Yan 23:25  
Digərləri “Uşaqlara verilən yuxu dərmanları ziyandı”

Hazırda demək olar ki, əksər uşaqlarda yuxu pozuntusu hallarına tez-tez ra

arrow Ətraflı
Xorultunuz evdəkiləri yatmağa qoymursa...  Bu hərəkətlərlə bütün like
  • 13 Yan 23:20  
Digərləri Xorultunuz evdəkiləri yatmağa qoymursa... Bu hərəkətlərlə bütün

Xoruldamanın bir çox səbəbləri var, amma ən başlıca səbəbi dilin dibin

arrow Ətraflı