Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib


Siyasət 13 Yan 2018 09:39:00 83 0

Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib

Fəxrəddin Qurbanov Xorvatiyanın EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakının namizədliyini dəstəkləməsini xahiş edib

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etimadnaməsini bu ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib. 

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumatına görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilən görüş zamanı F.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılan məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

F.Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın Azərbaycanı dəstəkləməsini xahiş edib. Səfir 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, "Formula-1" və digər bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın Ümumdünya EXPO-2025 kimi mötəbər və nüfuzlu tədbirə sahiblik etmək üçün lazım olan təcrübəyə malik olduğunu vurğulayıb. 

Bununla yanaşı, qeyd olunub ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. 

Səfir F.Qurbanov əlavə olaraq diqqətə çatdırıb ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilib və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb. 

Sonda səfir “Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini prezident K.Grabar-Kitaroviçə təqdim edib.

Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür like
  • 13 Yan 09:28  
Digərləri Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür

Dünya Bankı "Azərbaycan kənd investisiyaları" layihəsinin üçü

arrow Ətraflı
Polis ötən gün axtarışda olan 26 nəfəri tutub like
  • 13 Yan 09:22  
Kriminal Polis ötən gün axtarışda olan 26 nəfəri tutub

Azərbaycanda ötən gün qeydə alınan cinayətlərin sayı açıqlanıb.

arrow Ətraflı
Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür like
  • 13 Yan 09:09  
Digərləri Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür

Dünya Bankı “Azərbaycan kənd investisiyaları” layihəsinin üçüncü m

arrow Ətraflı
Məşhur prodüser vəfat etdi like
  • 13 Yan 09:05  
Dünya Məşhur prodüser vəfat etdi

Britaniyalı quruluşçu rəssam, ikiqat "Oskar" mükafatı laureatı

arrow Ətraflı
Bu kaskada musiqi dinləmək olar like
  • 13 Yan 08:59  
Digərləri Bu kaskada musiqi dinləmək olar

"COROS" startapı "CES 2018" sərgisində velosipedçilərə

arrow Ətraflı
Bakıda avtomobil 48 yaşlı kişini vurub like
  • 13 Yan 08:58  
Digərləri Bakıda avtomobil 48 yaşlı kişini vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə

arrow Ətraflı
Maye və maddələrin 3Dçapı üçün printer yaradılır like
  • 13 Yan 08:55  
Digərləri Maye və maddələrin 3Dçapı üçün printer yaradılır

Rusiyalı alimlər maye və maddələrin 3D-çap üsulunu açmağı planlaşdır

arrow Ətraflı
Azərbaycan deputatları İrana gedir like
  • 13 Yan 08:53  
Siyasət Azərbaycan deputatları İrana gedir

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İsla

arrow Ətraflı
Batareyasız işləyən simsiz "maus" göstərildi like
  • 13 Yan 08:51  
Digərləri Batareyasız işləyən simsiz "maus" göstərildi

Oyun aksessuarı onu enerji ilə dolduran xüsusi kiçik "xalça" ilə

arrow Ətraflı
Bakıda kürəkən qaynanasını döyüb like
  • 13 Yan 08:48  
Digərləri Bakıda kürəkən qaynanasını döyüb

Kürəkəni Zibeydə Əsədullayevanı döyərkən sərxoş olub

arrow Ətraflı
ABŞdan “Huawei”ə casusluq ittihamı like
  • 13 Yan 08:45  
Digərləri ABŞdan “Huawei”ə casusluq ittihamı

ABŞ hökuməti Çinin "Huawei" şirkətini Çin hakimiyyət orqanlar

arrow Ətraflı
Yeni Samsung smartfonları harada göstəriləcək? like
  • 13 Yan 08:41  
Digərləri Yeni Samsung smartfonları harada göstəriləcək?

"Samsung" şirkəti qabaqcıl "Samsung Galaxy S9" və "

arrow Ətraflı