Bakıdan İrəvana növbəti hərbi mesaj


Siyasət 13 Yan 2018 07:00:00 58 0

Bakıdan İrəvana növbəti hərbi mesaj

Azərbaycan Dağlıq Qarabağ probleminin həllində hərbi faktora çox böyük önəm verir

"".

"Hər bir dövlət üçün ordu quruculuğu çox vacib məsələdir. Azərbaycan üçün isə bunun əhəmiyyəti ikiqat artıqdır. Çünki biz uzun illərdir ki, müharibə vəziyyətindəyik və Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla torpaqlarımızın bir hissəsini hələ də işğal altında saxlayır. Ona görə də biz cəbhədə daim hərbi əməliyyatlara hazır olmalı, Ermənistana hər tərəfdən, o cümlədən prezident İlham Əliyevin də vaxtilə bildirdiyi kimi, hərbi təzyiq də göstərməliyik".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ probleminin həli və ordu quruculuğu haqda səsləndirdiyi fikirlərinə münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan ordusunun səviyyəsi, maddi-texniki və silah-sursat təchizatı günün tələblərinə cavab verir: "Silahlı Qüvvələrimiz dünyanın müxtəlif ölkələrinin orduları içində öz parametrlərinə görə, öncül yerlərdən birində qərarlaşıb. Ordumuzun bu gün ən müasir hərbi texnikaya, silahlara malik olması, gənclərimizin demək olar ki, hamısının hərbi xidmət keçməsi və digər məsələlərin hamısı gücümüzü və döyüşlərdə qələbə qazanmaq əzmimizi gücləndirir".

A.Mirzəzadə qeyd edib ki, Dağlıq Qaranağ probleminin həlli üçün bütün variantlar, o cümlədən hərbi variant həmişə gündəlikdədir: "Ermənistan bunu bilir və bundan ciddi nəticə çıxarmalıdır. Bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanın iqtisadiyyatı Azərbaycanla müqayisədə zəifləyir, maliyyə vəziyyəti acınacaqlı haldadır, əhalisinin sosial vəziyyəti pisləşir və ona görə də durmadan ölkədən köçür. Ermənistanda yaxşı başa düşürlər ki, onların problemlərinin əsas səbəbi bu ölkənin büdcəsinin böyük bir hissəsinin ağır hərbi xərclərə ayrılmasıdır. Azərbaycan isə problemin həllində hərbi faktora çox böyük əhəmiyyət verir. Güclənən iqtisadiyyatımız və düşünülmüş daxili-xarici siyasət isə bizə ordu quruculuğuna daim lazımi qədər vəsait ayırmağımıza imkan verir".

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: "... Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində      

ABŞ-da sürüşmə və daşqın qurbanlarının sayı 18 nəfərə çatıb like
  • 13 Yan 06:14  
Digərləri ABŞ-da sürüşmə və daşqın qurbanlarının sayı 18 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatının cənubunda sürüşmə və daşqın qurbanları

arrow Ətraflı
“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır like
  • 13 Yan 04:59  
Digərləri “Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır

“Fiat Chrysler Automobiles” şirkəti ABŞ-da 162 mindən çox avtomobili ge

arrow Ətraflı
ABŞ sakini lotereyada yarım milyard dollar uddu like
  • 13 Yan 03:58  
Digərləri ABŞ sakini lotereyada yarım milyard dollar uddu

ABŞ-ın Florida ştatının sakini “Mega Millions” lotereyasında 451 milyo

arrow Ətraflı
ABŞ nüvə silahlarının sayını artırır like
  • 13 Yan 02:11  
Digərləri ABŞ nüvə silahlarının sayını artırır

ABŞ nüvə döyüş sursatlarının sayını artırmaq niyyətindədir

arrow Ətraflı
Bakıda sərxoş kürəkən qaynanasını döyüb like
  • 13 Yan 02:11  
Sosial Bakıda sərxoş kürəkən qaynanasını döyüb

Kürəkəni Zibeydə Əsədullayevanı döyərkən sərxoş olub

arrow Ətraflı
Venesuelada soyğunçuluq və etirazlar nəticəsində 4 nəfər ölüb like
  • 13 Yan 01:55  
Dünya Venesuelada soyğunçuluq və etirazlar nəticəsində 4 nəfər ölüb

Ölkədəki ağır iqtisadi vəziyyətlə bağlı keçirilən etiraz aksiyalrda

arrow Ətraflı
Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib like
  • 13 Yan 00:59  
Dünya Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib

Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Hait

arrow Ətraflı
Azərbaycan deputatları İrana gedir like
  • 13 Yan 00:49  
Digərləri Azərbaycan deputatları İrana gedir

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İsla

arrow Ətraflı
Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi like
  • 13 Yan 00:41  
Digərləri Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi

İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayət

arrow Ətraflı
Çexiyada yol qəzası: 3 nəfər ölüb, 30 nəfər yaralanıb like
  • 13 Yan 00:02  
Digərləri Çexiyada yol qəzası: 3 nəfər ölüb, 30 nəfər yaralanıb

Praqanın yaxınlığında avtobus avtomobillə toqquşub, daha sonra ağaca ç

arrow Ətraflı
Günün qoroskopu: yaşam enerjisi və qüvvəniz, sadəcə, kasad ola bilər like
  • 13 Yan 00:01  
Digərləri Günün qoroskopu: yaşam enerjisi və qüvvəniz, sadəcə, kasad ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Üz cizginizə görə xarakterinizi öyrənin - fotolar like
  • 13 Yan 00:00  
Şou-biznes Üz cizginizə görə xarakterinizi öyrənin - fotolar

Amerikalı araşdırmaçı Cin Haner “The Wisdom Of Your Face” ("Üzün

arrow Ətraflı