Əhəd Abıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Siyasət 12 Yan 2018 17:40:50 319 0
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Əhəd Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əhəd Mikayıl oğlu Abıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu il yanvarın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 60 yaşı tamam olur.
Mənbə: report.az