Bolqarıstanın Baş naziri Bakıya gəlir
Siyasət 12 Yan 2018 17:20:00 260 0
Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfər edəcək.
Son.az xəbər verir ki, bu barədə Trend-ə Bolqarıstan Nazirlər Şurasından məlumat verilib.
Qeyd olunub ki, B.Borisov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yanvarın 15-16-da Bakıda rəsmi səfərdə olacaq.
Səfərin proqramı dəqiqləşdirilir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib.
İki ölkə arasında həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.
Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində
Mənbə: milli.az