Beyləqan sakini həmyerlisini güllələdi


Kriminal 12 Yan 2018 11:40:00 257 0

Beyləqan sakini həmyerlisini güllələdi

Beyləqan rayonunda qətl törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Dünyamalılar kəndində kənd sakini, 1980-ci il təvəllüdlü Muxtar Yaqub oğlu Mustafayev qısqanclıq zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Əli Əlövsət oğlu Bayramovu odlu silahdan atəş açaraq, qətlə yetirib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.