Narkoman "zek" küçədə qadının telefonunu zorla əlindən aldı


Kriminal 11 Yan 2018 13:22:00 279 0

Narkoman "zek" küçədə qadının telefonunu zorla əlindən aldı

Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə almasını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa vaxtda müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əmiraslanov olması müəyyən edilib. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.