Necati Şaşmazın "anası": "Oğlum ekstrimli həyat yaşayır, onu pis işlərdən uzaqlaşdırmaq istəyirəm" FOTO


Kriminal 10 Yan 2018 21:03:00 546 0

Necati Şaşmazın "anası": "Oğlum ekstrimli həyat yaşayır, onu pis işlərdən uzaqlaşdırmaq istəyirəm"  FOTO

Məşhur türk aktrisası Serpil Tamurun Son.az-a müsahibəsi.

- Serpil xanım, aylar öncə Bakımızın qonağı oldunuz. Bildiyim qədərilə Bakıya gəlmək sizin ən böyük arzunuz olub. Azərbaycanı sizin üçün bu qədər özəl edən nədir?

- Azərbaycanda qonaq olduğuma görə inanılmaz dərəcədə çox xoşbəxt idim. Həmişə deyirdim ki, Bakıya gələcəyəm, amma nəsib olmurdu. Sözsüz ki, mənim Bakıya gəlişimə Məlahət Abbasova vəsilə oldu. Mən illər öncə Türkiyədə Azərbaycan kanallarından birinə müsahibə verirdim. Müsahibədə bildirmişdim ki, Azərbaycanda olmaq mənim ən böyük arzumdur. Məlahət xanım məhz mənim bu müsahibəmdən sonra "Məlahətli söhbətlər" verilişini yaratmaq qərarına gəldi. Azərbaycanı mənim üçün özəl edən başlıca xüsusiyyət mədəniyyətlərimizin bir olmasıdır.

- Azərbaycana gəlməzdən öncə ölkəmiz haqqında məlumatınız var idi?

- Bəli, əlbəttə! Sizə bir sirr açım. Mən bir çox azəri mahnılarını bilirəm, hətta sizin ustad sənətkarınız Alim Qasımovu da tanıyırdım. Türkiyəyə qayıdanda onun disklərini ölkəmizə gətirdim. Əgər Məlahət xanımın verilişinə baxmışdınızsa "Yalqızam yalqız" mahnısını ifa etmişdim.

- Sizi nəinki Azərbaycanda, Türkiyədə də "Kurtlar vadisi" serialından "Nazifə ana" kimi sevib-tanıdılar. Bu rola qədər sevilən rollarınız olmamışdı?

- Mən bir dəfə teatrdakı tamaşamla Anadolu bölgəsinə qastrol səfərinə getmişdim. Hamı gəlib əlimi öpürdü ki, Poladın anası, bizim anamızdır. Siz təsəvvür etməzsiniz bu necə gözəl bir duyğu idi. Mən çox filmə çəkilmişəm, amma bu serialın yeri tam başqadır. 12 il sərasər mən bu serialda çəkildim. Serialın bitməsinə baxmayaraq hələ də ondan danışırlar.

- Necati Şaşmazla çalışmaq necə bir hiss idi?

- Mən həm Necatini, həm də "Kurtlar vadisi" serialının bütün yaradıcı kollektivini çox sevirəm. Serialda çəkiləndə elə hiss edirdim ki, Necati oğlumdur. Münasibətlərimiz sırf ana-bala münasibəti idi.

- Necati də bir çox məşhurlar kimi, yəqin ki, kaprizlidir. Onun nə kimi kaprizlərini gördünüz?