"Azərbaycan İnsan Hüquqları Evi"nin ölümü və "dirilişi":


Siyasət 10 Yan 2018 17:29:00 210 0

"Azərbaycan İnsan Hüquqları Evi"nin ölümü və "dirilişi":

Norveç İnsan Hüquqları Fondunun direktoru Maria Dahle adlı xanım isə AİHE üzvləri arasında intriqaların aparılmasında və dərinləşməsində mahir ustalardan biridir

Bir zamanlar Norveç İnsan Hüquqları Fondu Bakıda "Azərbaycan İnsan Hüquqları Evi" adı altında bir təşkilat yaratmışdı. Bu təşkilatı sonradan ölkədə rəsmi qeydiyyatdan keçirildi.

"AİHE-yə Azərbaycanda insan hüquqları ilə məşğul olan bütün təşkilatlar daxil olmuşdular. Hər şey guya qaydasında idi. Fəaliyyət göstərdiyi bütün ölkələrdə "Norveç İnsan Hüquqları Evi" yaradılan filiallar üçün ofis alırdı və onu üzv təşkilatların istifadəsinə verirdi. Bu yalnız Azərbaycanda baş vermədi. Misal üçün, bizdən çox sonralar yaranan Gürcüstan və Ermənistanda fəaliyyət göstərən "Ev"lərə ofis almaq asan oldu. Koordinatorlar (Vüqar Qocayev, Şəhla İsmayıl) hər dəfə ev üçün böyük ofisin alınmasını iddia edirdilər. Buna isə Norveç İnsan Hüquqları Fondu vəsait tapa bilmirdi və yaxud razı olmurdu. Misal üçün Gürcüstanda 250000 avroya ofis ala bilmişdilərsə, Bakıda koordinatorlar Norveçdən olan partnyorlara 1 milyonluq binaları göstərirdilər ki, bu da qeyri-real təkliflər idi. Onlar bunu nə üçün edirdilər, aydın deyildi".

Son.az bildirir ki, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri  Əvəz Həsənov bloqunda dərc etdiyi "Azərbaycan İnsan Hüquqları Evi" nə üçün dağıldı və necə yenidən dirçəldi?" yazısında bir sıra məqamlara aydınlıq gətirib.

Onun yazdığına görə, rəhbərlik etdiyi təşkilat - Humanitar Tədqiqatlar Cəmiyyəti "Azərbaycan İnsan Hüquqları Evi"  yaranan gündən onun təsisçilərindən biri olub. Onun işində fəal iştirak edib. Lakin 2012-ci ildən başlayaraq "ev"in üzvləri arasında yaranan münaqişədən sonra "ev"in fəaliyyəti faktiki olaraq iflic oldu. Əvvəlcə, "ev"in alınması ilə bağlı problem yarandı, Norveç Fondu bütün respublikalarda fəaliyyət göstərən "ev"lər üçün ofis alacağı halda bunu Azərbaycanda edə bilmədi. Buna səbəb Norveç fondunun pul tapa bilməməsi olsa da, digər səbəb azərbaycanlı tərəfdaşlar arasında yaranan münaqişə idi. İş o yerə çatmışdı ki, Norveç İnsan Hüquqları Fondunun əməkdaşları bizim toplantılarda təhqir olunurdular.

"Biz sona qədər "Ev"in işində iştirak etdik. Lakin partnyorların separat münasibətləri, yeni hüquq müdafiəçilərinin klassik hüquq müdafiəçilərinə qarşı yazdığı iftiralar, hətta onları üzvlükdən çıxarmaq cəhdləri evin işini tamamilə iflic etdi. Misal üçün İnsan Hüquqları Müdafiə Mərkəzini üzvlükdən kənarlaşdırmaq istəyirdilər. Mən və Dilarə Əfəndiyeva buna qarşı qəti etiraz etdik və uzun mübahisəmiz oldu az keçməmiş isə ev öz fəaliyyətini dayandırdı. Sonralar vətəndaş cəmiyyətinə basqılar evin problemləri ilə məşğul olmağa həvəs qoymadı", - Ə.Həsənov yazır.

Daha sonra isə "Azərbaycan İnsan Hüquqları Evi"nin qeydiyyatı ləğv edildi. Buna səbəb qanunvericiliyin dəyişməsi idi. Beynəlxalq təşkilatlardan ölkədə fəaliyyət göstərmək üçün hökumət ilə iki tərəfli müqavilə imzalamaq təklif olunurdu. AİHE-nin Nizami küçəsində ofisi vardı.

Lakin o zaman ki, koordinator Vüqar Qocayev AXCP sədri Əli Kərimlinin də iştirak etdiyi tədbirin "ev"də keçirilməsinə imkan vermişdi. Yəni insan haqlarının müdafiəsi məsələsi çox kobud şəkildə siyasi fəaliyyətə transformasiya etmişdi. Bu isə ölkə qanunvericiliyinin pozulması idi və təbii ki, "Azərbaycan İnsan Hüquqları Evi"nin AXCP-nin filialına, toplanış məkanına çevrilməsi irrasional, absurd məsələ idi.

Daha sonra daxili didişmələr başlandı.

. Maria Dahlenin istəyinə uyğun olaraq "ev"in üzvləri iki cəbhəyə bölünmüşdülər: Emin Hüseynov, Rəşid Hacılı, Rəsul Cəfərov, İntiqam Əliyev onun əsas istinad etdiyi qrup, Eldar Zeynalov, Novella Cəfərova və Əvəz Həsənov isə "ev"dən kənarlaşdırmaq istədiyi qrupda idi. Koordinator funksiyasını icra edən Şəhla İsmayıl isə neytral mövqe tutmağa çalışırdı.

Ə.Həsənovun sözlərinə görə, dəfələrlə bu qruplar arasında münaqişə yaranmasına baxmayaraq onu mətbuat üçün açıqlamayıblar. Maria Dahle isə bundan sonra heç kimə xəbərdarlıq etmədən "ev"in fəaliyyətini dondurdu. Dəfələrlə Bakıya səfər etsə də uzaqlaşdırmaq istədiyi qrupla görüşmədi. Yalnız 2017-ci ilin ortalarında Bakıya səfəri zamanı yenidən bütün üzvlərlə görüşdü və yeni üzvlərin toplanmasına qərar verdiyini elan etdi.

Ə.Həsənov yazır: "Bütün bu yaşananlara baxmayaraq yenidən üzvlük üçün ərizə ilə müraciət etdik. Üzvlük üçün maraqlı idik. Ərizələrin baxılması prosesini 2 ay uzadan fond bizə üzvlükdən imtina məktubu yazır və bəlli olur ki, bizim fondun fəaliyyəti ilə bağlı etdiklərimiz onların xoşuna gəlməyib. Maria Dahle öz istəyinə nail ola bilib. Onun üçün loyal ola biləcək qrupdan İntiqam Əliyev (vəkil), Anar Məmmədli (seçki məsələləri üzrə ekspert) və Şəhla İsmayıl (gender problemləri üzrə ekspert) 3 nəfəri özünə partnyor seçib. Yəni, ölkədə hüquq müdafiəçisi kimi tanınmış digər köhnə üzvlər Novella Cəfərova, Eldar Zeynalov və Əvəz Həsənov onun gələcək planlarına daxil deyil".

Müəllifin sözlərinə görə, həmkarlarına uğurlar diləyir, amma bununla belə, onların hər birinin potensialına inanırıq. Amma hüquq müdafiəçilərinin ətrafında qurulan oyunlardan uzaq durmalarını tövsiyə edir. Xüsusən də Norveç İnsan Hüquqları Fonudunun müəmmalı oyunları Azərbaycanda intriqaların salınmasında az rol oynamadığını nəzərə alaraq.

Gəzən şayiələrə görə isə "Azərbaycan İnsan Hüquqları Evi"ni Tbilisi şəhərində açmaq qərarına gəliblər. Evin digər ölkədə açılması təcrübəsi olduğundan bu şayiə heç də əsassız olmaya bilər. Əgər Azərbaycan İnsan Hüquqları Evi Tbilisdə yaranacaqsa, deməli fondun rəhbərliyinin öz istəyinə uyğun olan planları əsasında işi aydındır. Bakıda vətəndaş cəmiyyəti təmsilçilərinin məhkəməsində iştirak edən, fond tərəfindən ezamiyyə olunan bir nəfər gürcü hüquqşünasın dediyi ki, "Azərbaycanla bağlı işlərin Gürcüstandan idarə olunması bizim üçün daha asandır".

Azərbaycana xaricdən müdaxilə qəbul edilməzdir.

Eyni zamanda, ölkədəki çoxsaylı "insan hüquqlarının müdafiəsi" təşkilatlarının fəaliyyəti göstərdi ki, xaricdən maliyyələşən, qrantların ayrıldığı ən müxtəlif, bəzən heyrət və təəccüb doğuran, maliyyələri və xərcləri süni şəkildə şişirdilən QHT-lərin potensialı layihələr bitəndən sonra sabun köpüyü kimi dağıldı.

Azərbaycanda vətəndaş cəmiyyəti institutunu qeyri-kommersiya qurumu və yaxud pullu xidmət göstərərək özünü dolandıra biləcək bir institut kimi formalaşdırmaq istəkləri isə ölkənin daxili işlərinə kənardan kobud, qaba müdaxilə cəhdləridir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin