Prezident İlham Əliyev 2018ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi


Siyasət 10 Yan 2018 12:37:00 260 0

Prezident İlham Əliyev 2018ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.