Bi gündə cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıldı


Kriminal 10 Yan 2018 11:44:00 233 0

Bi gündə cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıldı

DİN-dən Son.az-a verilən məlumata görə, yanvarın 9-da Respublikanın daxili işlər orqanları tərəfindən 128 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Axtarışda olduğuna görə 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.