Lənkəranskinin qardaşı polis nəzarətinə götürüldü


Kriminal 10 Yan 2018 10:29:45 318 0

Lənkəranskinin qardaşı polis nəzarətinə götürüldü

"Sputnik Azərbaycan" 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevin İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılması barədə xəbər yayıb.

Sayt Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirib ki, guya Canıyevlə birlikdə ötən ilin noyabrında "qanuni oğru" Nadir Səlifova ("Lotu Quli") qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad ediliblər.

Son.az xəbər verir ki, virtualaz.org-un səlahiyyətli mənbələrdən əldə etdiyi məlumata görə, bu informasiya həqiqətə uyğun deyil. Namiq Caniev Azərbaycanın 4 vətəndaşı ilə birlikdə yalnız zaminə buraxılıb.

Onlara Türkiyəni tərk etmək qadağan edilib. Üstəlik, onlar, məhkəmə təhqiqatının tamamlanmasına qədər, gündə iki dəfə türk polisində qeydiyyatdan keçməlidirlər.