Estoniyada həbsdə olan azərbaycanlı narkobaron azadlığa çıxdı


Kriminal 09 Yan 2018 16:23:00 308 0

Estoniyada həbsdə olan azərbaycanlı narkobaron azadlığa çıxdı

Estoniyanın İda-Viruma qəza məhkəməsi 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, əvvəllər Tallindəki "Bakı", "Şeş-beş" və "Kişmiş" restoranlarının sahibi olmuş 38 yaşlı azərbaycanlı Əhliman Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ERR.ee xəbər portalı yanvarın 9-da xəbər yayıb.

Məhkəmə vaxtından əvvəl sərbəst buraxılma ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməkdən savayı, Zeynalovun, qızı və həyat yoldaşının yaşadığı Azərbaycana deportasiyasını qət edib.

Əhliman Zeynalov 3 dekabr 2007-ci ildə Estoniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Növbəti gün irimiqyaslı beynəlxalq narkotik vasitə ticarəti ilə məşğul olan şəbəkəni təşkil etmə ittihamı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

2010-cu ilin mart ayında Haryus qəza məhkəməsi Zeynalovu 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Son hökm 2011-ci ilin yanvar ayında qüvvəyə minib. Belə ki, dövlət məhkəməsi Əhliman Zeynalovun vəkilinin kassasiya şikayətini təmin etməyib.