Kompüter salonunu qarət edən dəstə üzvləri tutuldular


Kriminal 09 Yan 2018 15:36:00 294 0

Kompüter salonunu qarət edən dəstə üzvləri tutuldular

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə L.Məmmədbəyli küçəsindəki kompüter salonlarından birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, əməliyyat qrupu tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla salona pəncərədən girmək yolu ilə 9 ədəd oyun aparatı, noutbuk və 9 ədəd pultun oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu 3 nəfərin törətdiyi müəyyən edilib. Görülmüş tədbirlərlə Bakı şəhər sakinləri Fərid Şabanov, Ağa Əsgərov və Elvin Vəliyev saxlanılıblar. Onlar törətdikləri bu cinayət əməlini etiraf ediblər.