Rusiya ensiklopediyasında Azərbaycanın işğal edilmiş ərazilərinə dair informasiya təhrif olunub


Siyasət 08 Yan 2018 11:40:56 278 0

Rusiya ensiklopediyasında Azərbaycanın işğal edilmiş ərazilərinə dair informasiya təhrif olunub

Kitabda Dağlıq Qarabağdakı separatçı rejim haqqında məlumat verilir

Rusiya paytaxtı Moskvanın kitabxanalarına qondarma Dağlıq Qarabağ Respublikası haqqında yalan məlumatların əks olunduğu "Dünya ölkələri" adlı ensiklopediya açıq satışdadır.

"Report" xəbər verir ki, 2015-ci ildə 3000 nüsxədə çap edilən nəşrin buraxılışa məsul redaktoru S.Radelovdur. Sankt-Peterburqun SZKEO nəşriyyatının kitabı həmçinin Rusiyanın bir sıra internet-mağazalarında satılır.

Ermənipərəst ensiklopediyaya yazılanlara əsasən, nəşrdə "Stepanakert" kimi təqdim olunan Xankəndinin əhalisi 53 min nəfərdən çoxdur, qondarma respublikada isə ümumilikdə 146 min nəfərdən çox insan yaşayır. Təbii ki, digər məsələlər kimi, Qarabağın tarixi ilə bağlı məlumatlar da erməni separatçılarının xeyrinə təhrif olunmuş şəkildə verilib.

Xatırladaq ki, Azərbaycan ərazisində formalaşdırılmış separatçı quruluşu dünyanın heç bir ölkəsi, təşkilatı, o cümlədən Rusiya və elə Ermənistanın özü tanımayıb.