Xalq artistindən ETİRAF: "Çox problemli insanam, ancaq səhnədə gülürəm" FOTO


Kriminal 05 Yan 2018 21:20:00 340 0

Xalq artistindən ETİRAF: "Çox problemli insanam, ancaq səhnədə gülürəm"  FOTO

Xalq artisti Fatma Mahmudova etiraf edib. Aktrisa Son.az-a açıqlamasında komediya oynamağın onun üçün heç də asan olmadığını bildirib:

"Mən yalnız səhnədə fikrimi cəm edib komediya oynaya bilirəm. Həyatda isə çox problemli insanam. Nə yaxşı ki, səhnə, seriallar var. Həyat başqa şeydir, gülüş başqa, səhnə isə tamam başqa. Ən yaxşı gülüş isə insanın qanından, canından gəlməlidir. Aktyor gülməməlidir, o insanlara təbii gülüş bəxş etməlidir. Hər şey obrazdan irəli gəlir. Komediya janrını oynamaq da hər aktyorun işi deyil. Əgər bu gün 30, 40 tamaşaçını ürəkdən güldürüb, ona təbii gülüş bəxş edə bilirsənsə, o, böyük şeydir. Biz də sənətkarlara baxıb öyrənmişik, amma şərt baxıb öyrənməklə deyil. Gərək insanın canında da olsun" .

Əli Rəhimoğlu Son.az


Xəbərə aid fotolar