Lotu Qulinin “1 nömrəli qanuni oğru" olmaq sevdası


Kriminal 05 Yan 2018 15:49:00 457 0

Lotu Qulinin “1 nömrəli qanuni oğru" olmaq sevdası

Hazırda İstanbulda məskunlaşan Lotu Quli - Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib.   Son.az lent.az-a istinadən xəbər verir ki, məqsəd orada azərbaycanlılarla görüşüb Qulini "1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

Məlumata görə, əksər azərbaycanlılar Quliylə problem yaşamamaq üçün onunla razılaşıblar. Amma Rusiya paytaxtının Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan "Fud Siti"yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

Mövzuyla bağlı başqa bir məlumatda deyilir ki, hazırda "Fud Siti"dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsiylə ondan çox şəxs məşğuldur. Hər iki şəxs sui-qəsd ehtimalına görə ictimai yerlərdə görünmürlər, təmasları azaldıblar.