Yeni ilin ilk premyeraları


Kriminal 04 Yan 2018 18:50:00 255 0

Yeni ilin ilk premyeraları

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni, 2018-ci ilin ilk ayında bir-birindən maraqlı, mövzu və məzmunca fərqli premyeralarla tamaşaçıların görüşünə gəlir.

Teatr yanvar ayında sənətsevərləri sevimli aktyorları ilə görüşdürməklə bərabər həm də səhnədə  aktyorların ifasında düşündürücü, dərin, psixoloji məqamlarla dolu tamaşaları təqdim edəcək.

Belə ki, teatr yanvarın 9-u  Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə "Vurğuna vurğun gəlin" tamaşası nümayiş olunacaq . Tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.


Xəbərə aid fotolar