Cəlilabad sakini külli miqdarda bahalı narkotik vasitə ilə tutuldu FOTO


Kriminal 04 Yan 2018 18:42:00 216 0

Cəlilabad sakini külli miqdarda bahalı narkotik vasitə ilə tutuldu  FOTO

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar