Azərbaycanın AŞPAdakı nümayəndə heyətinin tərkibi dəyişdirildi


Siyasət 04 Yan 2018 13:14:00 283 0

Azərbaycanın AŞPAdakı nümayəndə heyətinin tərkibi dəyişdirildi

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib. Deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıblar.

Son.az APA-ya istinadən xəbər verir ki, heyətdən çıxarılan 3 nəfərin yerinə təyin olunan digər parlamentarlar Ülviyyə Ağayeva və Asim Mollazadədir. 

Boşalan 3 yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Son.az 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində