Sabiq nazirlərə cəza istəyən prokurorun məzarı başında ŞOK VİDEO çəkilib: ”Bəs şərəfinə and içirdin ki…” FOTO


Kriminal 04 Yan 2018 12:02:00 302 0

Sabiq nazirlərə cəza istəyən prokurorun məzarı başında ŞOK VİDEO çəkilib: ”Bəs şərəfinə and içirdin ki…”  FOTO

Azərbaycanda haqqı pozulduğunu iddia edən vətəndaş etirazını heç kimin ağlına gəlməyən formada edib.

Son.az criminal.az-a istinadən xəbər verir ki, həmin şəxs pulunu mənimsədiyini iddia etdiyi mərhumun məzarı başında dayanaraq onun ruhuna ittihamlar səsləndirir və bu mənzərəni videoya çəkir. Vətəndaş qəbiristanlıqda bir nəfərin məzarı başında dayanaraq pullarının həmin mərhum tərəfindən mənimsənildiyini iddia edir: "Bəs şərəfinə and içirdin ki, pullarımı qaytaracaqsan".

Criminal.az bildidirir ki, videoda söhbət gedən mərhum Qaraxan Zülfi oğlu Ağayevdir. Həmin şəxs vaxtilə Xızı rayon prokuroru olub, həmçinin sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks-baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış edib.

Q.Ağayev 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində faciəvi şəkildə ölüb. O, "Küləfirəngi" restoranının qarşısında təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib, dekabrın 21-də orada vəfat edib.


Xəbərə aid fotolar