Azərbaycan və Rumıniyanın müdafiə nazirlərinin görüşü olub


Siyasət 29 Dek 2017 17:02:40 290 0

Azərbaycan və Rumıniyanın müdafiə nazirlərinin görüşü olub

İki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 29-da Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın milli müdafiə naziri Mihai-Viorel Fifor ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.