Rusiyada qətl sifariş edən Azərbaycan vətəndaşına


Kriminal 29 Dek 2017 09:31:00 320 0

Rusiyada qətl sifariş edən Azərbaycan vətəndaşına

Rusiyanın İrkutsk vilayət məhkəməsi Slüdyanka şəhərində sələmçinin qətlini sifariş verən Azərbaycan vətəndaşını 16, qətli icra edən şəxsi isə 18 il müddətinə azadlıqdan məhrum edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə məlumat dekabrın 29-da İrkutsk Vilayət Prokurorluğunun saytında yerləşdirilib.

Məhkəmə müəyyən edib ki, azərbaycanlı 2017-ci ilin yanvarında sələmçiyə olan 2255 min dollar borcunu qaytarmamaq üçün əvvəllər məhkum olumuş Slüdyanka sakininə kreditoru maddi mükafat müqabilində qətlə yetirməyi təklif edib.

Onlar bu məqsədlə sələmçini olduqları mənzilə dəvət ediblər. Bu zaman icraçı dəmir boru ilə onun baş nahiyəsinə bir neçə zərbə vurub. Zərərçəkən hadisə yerində keçinib. Hadisəni törədən şəxslər onun meyitini avtomobilə qoyaraq meşəyə aparıblar və orada maşını yandırıblar.