"Müslüm Maqomayev gənclərin ifasında" adlı müsabiqənin qalibləri mükafatlandırılıb FOTO


Kriminal 28 Dek 2017 19:00:00 370 0

"Müslüm Maqomayev gənclərin ifasında" adlı müsabiqənin qalibləri mükafatlandırılıb  FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı  M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş " Müslüm Maqomayev gənclərin ifasında" adlı müsabiqə keçirilib.

Müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada ( vokal və estrada ) üzrə mübarəzə aparıblar.. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

İlk öncə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Daha sonra qaliblər mükafatlandırılıb.

Vokal nominasiyasında müxtəlif yaş qruplarında 1-ci yerə M. Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Əliyev Fikrət, Abbaslı İlyas, Həmzəyeva Səma, 2-ci yerə-  G.Şaroyev adına 35 №-li 11 illik musiqi məktəbinin şagirdi Həsənzadə İsgəndər, 5 №-li uşaq incəsənət məktəbinin şagirdi Səfərli Aydan, Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Quluzadə Zeynəb, 3-cü yerə isə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Əhməd Xəyal, Ağabəyli Mehriban, 33 №-li uşaq musiqi məktəbinin şagirdi Novruzov Əli layiq görülüblər.