Xalq artisti: "Gənclikdə bizdən istifadə edib, qocalanda çölə atmalıdırlar?" FOTO


Kriminal 27 Dek 2017 21:07:00 286 0

Xalq artisti: "Gənclikdə bizdən istifadə edib, qocalanda çölə atmalıdırlar?"  FOTO

“İnsanları ağlatmağa nə var ki?”

Xalq artisti Yasin Qarayevin Son.az-a müsahibəsi.

- Yasin müəllim, sizi nə efirlərdə, nə də heç bir film və serialda görmürük. Buna səbəb nədir?

- Hamı elə bilir ki, Yasin Qarayev sənət fəaliyyətini dayandırıb. Xeyr, belə bir şey yoxdur. Özümə lazım biləndə həm efirlərə çıxıram, həm də film və seriallarda çəkilirəm. Bir sözlə fəaliyyətimi davam etdirirəm. Neçə-neçə seriallara dəvət gəlir. Amma getmirəm, çünki ssenari xoşuma gəlmir. Həm də bəzən mənə uyğun rollar olmur.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, səhnə gözəllik, gənclik sevir. Amma Yasin Qarayev o vaxtkı illərə nisbətən bu gün səhnədən bir az uzaq düşüb.

- Bəli, səhnə gözəlliyi, gəncliyi sevir. Amma bu o demək deyil ki, səhnədə yalnız gənclər olmalıdır. Səhnəyə qoca da, cavan da lazımdır. Bir vaxtlar biz də gənc olmuşuq. İndi belə çıxır ki, gənclikdə bizdən istifadə edib, qocalanda çölə atmalıdılar? Aktyor nə yaşda olursa-olsun o səhnədə olmalıdır. Mən heç cürə yaş senzini qəbul etmirəm. Sənət adamları həmişə kövrək olurlar, onlar digər sənət sahiblərindən daha çox diqqət və qayğı gözləyirlər.

- Rollarınız bir-birindən çox fərqlidir. Ən çox hansı rolunuzu unuda bilmirsiniz?

- O vaxt "Gəl qohum olaq" adlı bir tamaşa var idi. Mən teatrda 18 il bu tamaşada Qarakişi rolunu oynamışam. Rəhmətlik İsi Məlikzadə bir əsər yazıb teatra təqdim etmişdi, Həsən Əbluc da bu tamaşanı hazırlamışdı. Tamaşanın adı "Sağlıq olsun" idi. Həm də ağır bir rol idi. İsi müəllim dedi ki, mən sənə bir komediya yazacağam. O, "Gəl qohum olaq" tamaşasındakı Qarakişi rolunu mənim üçün yazdı. Məhərrəm Bədirzadəyə dedim ki, bəlkə bunu çəkək. Dedi çəkməyinə çəkək, bəs saçı nə edəcəksən? Qarakişi əsgərlikdən gəlmiş cavan bir oğlandır. Onun saçı qara olmalı idi. Elə oldu ki, bu rolu Rafael İskəndərova həvalə etdik. Amma teatrda oynadığım Qarakişi mənim üçün daha əzizdir.

- Bir vaxtlar teatrda ayrılmaz cütlük var idi. Siz, Azər Mirzəyev və Gülşən Qurbanova. İndi bu cütlüyü kim əvəz edir?