Nicat "İlin ən sevilən aktyoru" oldu


Kriminal 27 Dek 2017 18:36:00 338 0

Nicat  "İlin ən sevilən aktyoru" oldu

"TEDUA" prodakşn və "QAFQAZ - MEDİA" İctimai Birliyi 2017-ci ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən bildirilib ki, teatrın gənc aktyoru Nicat Əli də "İlin ən sevilən aktyoru" nominasiyasında mükafata layiq görülüb.

Qeyd edək ki, Nicat Əli 2005-2009-cu ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində tar sinfində oxuyub. Oranı bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr aktyoruluğu fakültəsinin bakalavr, daha sonra isə magistr pilləsində təhsil alıb. Hələ universitetdə oxuduğu müddətdə bir sıra film və seriallara çəkilən Nicat Əli 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərir. Teatrda fəaliyyəti zamanı "999-cu gecə" (Maruf), "Hacı Qara" (Heydər bəy), "Qafqazlı qardaşqızı" (Arif), "Silva" (Ronsdorf), "Yatmış gözəl və yeddi cırtdanlar" (Kral) kimi tamaşalarda əsas rolların ifaçısı kimi tamaşaçıların rəğbət və sevgisini qazanıb.

Türkiyənin TRT1 telekanalında yayımlanan "Zəngin qız, fakir oğlan" serialında həkim Ramin obrazı ilə məşhurlaşan aktyor Nicat Əli, eyni zamanda, ölkəmizdə nümayiş olunan "Sirr" (Rövşən), "Döngələr" (Etibar), "İmtahan" (Pərviz) seriallarında da  müxtəlif səpkili obrazlar canlandırmışdır.


Xəbərə aid fotolar