Rafael Qvaladze Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib


Siyasət 27 Dek 2017 18:07:00 271 0

Rafael Qvaladze Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev Rafael Qvaladzenin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.