Rusiya XİN başçısının müavini: "Moskva Qarabağ münaqişəsi ilə bağlı danışıqların məhsuldar alınmasında maraqlıdır"


Siyasət 27 Dek 2017 15:11:14 315 0

Rusiya XİN başçısının müavini: "Moskva Qarabağ münaqişəsi ilə bağlı danışıqların məhsuldar alınmasında maraqlıdır"

Qriqori Karasin: "Münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib"

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin aktivləşdirilməsini alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin "İnterfaks"a müsahibəsində bildirib.

"Rusiya danışıqlar prosesinin aktivləşdirilməsini, o cümlədən qarşıdakı nazirlər görüşünü (2018-ci il yanvar ayının ikinci yarısında - red.) alqışlayır və danışıqların məhsuldar alınmasında maraqlıdır", - Q.Karasin deyib.

Onun sözlərinə görə, münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib.