Müdafiə naziri cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib


Siyasət 27 Dek 2017 14:57:31 297 0

Müdafiə naziri cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib

Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib. 

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.