Mağazadan 70 min manatlıq siqaret oğurlandı


Kriminal 27 Dek 2017 14:47:00 242 0

Mağazadan 70 min manatlıq siqaret oğurlandı

Zərdabda mağazadan 70 min manatlıq siqaret oğurlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 70000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.