Lənkəranda soyğunçuluq edən şəxs tutuldu


Kriminal 27 Dek 2017 14:25:00 244 0

Lənkəranda soyğunçuluq edən şəxs tutuldu

Lənkəran Şəhər-Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bir qadın polisə müraciət edərək yolla gedərkən şəhərin M.Ə.Rəsulzadə və Hacı Nəsir küçələrinin kəsişməsində velosipedlə yanından keçən bir nəfərin onun əlindən "Samsung" markalı mobil telefonunu alaraq uzaqlaşdığını bildirib.

Araşdırmalar zamanı həmin şəxsin  Lənkəran rayonunun Şiləvar kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Sadıxov olduğu məlum olub və o, saxlanılaraq istintaqa təqdim edilib.

V.Sadıxovun soyğunçuluq yolu ilə ələ keçirdiyi mobil telefon maddi sübut kimi götürülüb.