Bakıda avtomobil qadını vurub qaçıb


Kriminal 27 Dek 2017 08:30:00 253 0

Bakıda avtomobil qadını vurub qaçıb

Bakının Sabunçu rayonunda piyadavurma qeydə alınıb. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zabrat qəbəsində baş verib. Naməlum sürücünün idarə etdiyi avtomobil piyada zolağını keçən 1992-ci il təvəllüdlü Qafarova Yeganə Sabir qızını vuraraq hadisə yerindən qaçıb.

Xəstəxanaya yerləşdirilən Y.Qafarovanın heç bir sınığı olmadığı, yalnız ayağının əzildiyi müəyyənləşib. Məlumata görə, avtomobil onun ayağının üstündən keçib.