"Əsl peşəkarlıq odur ki..."


Kriminal 25 Dek 2017 21:03:00 339 1

"Əsl peşəkarlıq odur ki..."

Xalq artisti gənc həmkarlarına səsləndi

"Son dövrdə çəkilən filmlər arasında peşəkarlığı ilə seçilənləri çox azdı..."

Bu təəssüratını xalq artisti Səidə Quliyeva bu günlərdə "Nizami" Kino Mərkəzinin foyesindəki afişaları nəzərdən keçirərkən dilə gətirdi. Teatr və kino aktrisası Son.az-a bildirdi ki, bir çox filmlərin ümumiyyətlə nədən ötrü çəkildiyi anlaşılan deyil.

S.Quliyeva: "Mən belə açıqlamaları hər sayta, hər jurnalistə bildirən deyiləm. Sizin peşəkarlığınıza bələd olduğuma görə məni düşündürən, narahat edən məqamları bölüşürəm. Bu yaxınlarda bir gənc rejissorumuz bildirmişdi ki, çoxlu sayda aktyorları, aktrisaları kastinqdən keçirdim, amma tələblərə cavab verənini seçə bilmədim. Bu, necə ola bilər axı? Qoy o rejissor imkan yaratsın, kastinqi mən keçirim və görsün ki, bizdə necə peşəkar aktyorlar, aktrisalar var".

Vaqif Mustafayev kimi aktyorla işləmək və film müəllifi kimi sözünü demək baxımından müstəsna istedada malik kinorejissorun ekran əsərlərinin yaradıcı heyətinin əvəzolunmaz üzvlərindən biri olan Səidə xanım deyir ki, əsl rejissor odur ki, aktyorun özünün belə özündə o vaxta qədər kəşf etmədiyi bacarıqları kəşf edə bilsin.


Xəbərə aid fotolar