İŞİDçi Abdalla: Azərbaycandan gələn döyüşçülər çox qəddar olur... VİDEO FOTO


Kriminal 25 Dek 2017 19:18:00 326 0

İŞİDçi Abdalla: Azərbaycandan gələn döyüşçülər çox qəddar olur...  VİDEO  FOTO

CurrentTime.TV-nin xüsusi müxbiri Şahida Yakub özünün "Kadr arxasında" layihəsi çərçivəsində Suriya diktatoru Bəşər Əsədlə vuruşmuş və vuruşan insanlarla görüşüb.Onlar Əsədi Suriyanın legitim prezidenti saymırlar və hesab edirlər ki, onların müharibəsi hələ başa çatmayıb.

Bəs onlar niyə əllərinə silah alıblar? Nə üçün hesab edirlər ki, hazırkı prezident Bəşər Əsəd getməlidir?

Bəşər Əsəd rejiminə müxalif "Sultan Murad" batalyonunun qərargahı Türkiyənin Kilis şəhərində, iki ölkənin sərhədində yerləşir. "Sultan Murad", əsasən, etnik Suriya türkmanlarından ibarətdir. Onlar Suriya hökumət qüvvələrindən başqa, türkmanların torpaqlarının bir hissəsini zəbt etmiş İŞİD yaraqlıları ilə də vuruşmalı olublar.

"Bizim Suriyada 2 milyona yaxın türkman yaşayır. Özüm Hələb şəhərindənəm. Min ildən öncə Suriya ərazisinə gəlmiş səlcuq türklərinin törəmələriyik. Suriyanın bütün türkmanlarıƏsədə qarşı çıxır, çünki biz azad xalqıq. Əvvəlcə dinc etiraz edirdik, ancaq sonra bizə atəş açmağa başladılar. Əlimizə silah almaq istəmirdik, dinc etiraz etmək istəyirdik, ancaq başqa çıxış yolumuz yox idi", - etnik türkman Hüseyn İsa deyir.

Hüseyn İsa

Son.az virtualaz-a istinadən xəbər verir ki, Hüseyn danışır ki, müharibə başlayana qədər onun ailəsi - səkkiz qardaşının səkkizi də bizneslə məşğul olurmuş. Hüseynin özü isə dörd il Moskvada yaşayıb, ayaqqabı satışıyla məşğul olub. Müharibə başlayanda Hüseynin qardaşı Fəhim İsa "Sultan Murad" özünümüdafiə dəstəsini yaradıb. Onlar əvvəlcə Əsəd ordusu ilə vuruşublar. Sonra daha iki cəbhə açmalı olublar: İŞİD və silahlı kürd dəstələrinə qarşı:

"Adi silahlarla vuruşurduq. Çox torpaqları azad etdik. Allah özü bizə kömək olur. Sonra "Fərat qalxanı" əməliyyatı başladı. (Söhbət Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal ərazilərinin İŞİD-dən azad edilməsi əməliyyatından gedir. Bu əməliyyatda Rusiya aviasiyası Türkiyəyə kömək edib). Xeyli ərazini İŞİD-dən və kürdlərdən, bir qədərini də Əsəddən azad etdik. Əsəd dəlidir. O və atası 40 il sərvətimizi, ölkəmizi talayıb. Onlar 40 il sevimli Suriyamızı dəmir əlcəkdə saxlayıblar. Bu torpağın sahibi bizik və onu heç kimə verməyəcəyik. Elə bilirsiniz bu müharibədən yorulmamışıq? Yorulmuşuq. Ancaq istəyirəm hamı anlasın: Əsəd durduqca, bu müharibə bitməyəcək".

Reyhanlı Türkiyə-Suriya sərhədində yerləşən başqa bir şəhərdir. Burada, suriyalı komandirlərdən birinin evində Tunisdən olan 27 yaşlı keçmiş İŞİD yaraqlısı Abdalla yaşayır. O, hava zərbələri nəticəsində hər iki ayağını itirib.

"İraq və Suriyada vuruşmuşam. Qonşu ölkəyə, dostumu ziyarətə getmişdim. O təklif etdi ki, Suriyaya gedim, həm görüm orada nə baş verir, həm də özümlə pul aparım. Düzünü desəm, özümə də maraqlı idi. Ancaq biz Suriyaya gələndə pasportlarımızı, telefonlarımızı əlimizdən aldılar, özümüzə də dedilər ki, gedə bilmərik, vuruşmalıyıq. Onları fikirlərindən döndərmək mümkün olmadı", - Abdalla deyir.


Xəbərə aid video